Fransada tərkibində "parasetamol" olan dərmanların satışını azaltmaq çağırışı edilib  
23.10.2022 16:53

Qızdırmanı salmaq üçün və ağrıkəsici kimi istifadə edilən, tədarükü çətin olan parasetamol tərkibli dərmanların satışını azaltmaqla bağlı Fransada çağırış edilib.

 

Aztibb.az "France 24"ə istinadən xəbər verir ki, Fransada iyul ayından etibarən tərkibində parasetamol olan dərmanların təchizatında problemlər yaranıb. Bu kontekstdə tədarükdə fasilələrin qarşısını almaq məqsədilə Milli Dərman Agentliyi (ANSM) əczaçılar, həkimlər və xəstələr üçün tərkibində parasetamol olan dərmanların istifadəsi və satışı ilə bağlı tövsiyələrin yer aldığı bəyanat yayıb. 

 

Açıqlamada vətəndaşlardan sözügedən dərmanları ehtiyatda saxlamamaları istənilib. Bu dərmanların reseptsiz qəbulu halında 2 qutunun məhdudlaşdırılması tövsiyə olunub. Əczaçılar müəyyən qaydalar çərçivəsində tərkibində təyin olunduğundan daha az parasetamol olan dərmanlar verə biləcəklər. Həkimlərdən dərhal ehtiyacı olmayan xəstələrə tərkibində parasetamol olan dərmanlar yazmamaları xahiş olunub. Bundan əlavə, həkimlərə sözügedən dərmanları lazım gəldikdə gündə 4 dəfə deyil, 3 dəfə yazmaq tövsiyə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib