Aclıq hissi olmadan qəbul edilən "ara atışdırmaları"nın ZƏRƏRLƏRİ
23.10.2022 13:18
Çox geniş yayılmış və ilk baxışdan sağlam qida kimi bilinən ara yeməkləri aclıq hissi olmadan, boşluqdan qəbul etdikdə artıq çəkiyə yol aça bilər. 
 
Aztibb.az xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzu bu barədə maarifləndirici məlumat paylaşıb. Həkim bu kimi qidaların zərərlərindən danışıb.
 
Məsələn:
 
- Təzə sıxılmış meyvə suları və smuzilər. Bir stəkan təzə sıxılmış meyvə suyunda 100 və ya daha çox kaloriya mövcuddur, smuzilərdə isə 200-dən artıqdır.
 
- Qlazurlu pendirlər: onların istehsalında ucuz zərərli yağlar istifadə edilir.
 
- Qara şokolad, tərkibində çox miqdarda şəkər ola bilər.
 
- "İce tea". Hazır soyuq çaylarda çox miqdarda şəkər və orqanizmə zərərli olan e-əlavələri mövcuddur.
 
- Müsli və enerqetik batonlar. Onların tərkibində doymuş yağlar və şəkər əvəzediciləri var.
 
Nəzərə almaq lazımdır ki, aclıq hissi olmadan hər ara yeməyi çəkini artırır. Lakin aclıq hissi olanda yeyilən yeməklər orqanizmdə çatışmayan qidalandırıcı maddələri təmin edir və faydalı olur.
 
"Aclıq olmadan və ya yemək saatı olmadan qida qəbul etmək , zərərli vərdişdir və onunla özünüz və ya mütəxəssislə birgə mübarizə aparmalısınız", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub