ABŞ-da uşaq xəstəxanalarında həyəcan siqnalı
23.10.2022 00:23

ABŞ-da uşaq xəstəxanaları tənəffüs yolları virusunun - respirator sinsitial virusun yayılması səbəbilə dolub.

 

Aztibb.az cnn.com-a  istinadən xəbər verir ki, Hartforddakı Konnektikut xəstəxanası xəstələrin çoxluğuna görə gərgin rejimdə işləyir, həkimlər xəstələri qəbul etməyə görə açıq havada çadır qurmaq üçün Milli Qvardiya və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) ilə danışıqlar aparır.

 

Konnektikut Uşaq Tibb Mərkəzinin baş həkimi Dr. Juan Salazar deyir ki, şöbələrdə reanimasiya çarpayılarında çatışmazlıq var.

 

O, əlavə edib ki, tənəffüs yolları infeksiyasına yoluxma halları sentyabrın əvvəlindən indiyədək görülməyən bir şəkildə kəskin artmağa başlayıb. 

 

Hər gün 30-a qədər respirator sinsitial virusu olan uşaq tibb müəssisəsinə daxil olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib