Dosent İsmayıl Əfəndiyev beynəlxalq elmi-praktik konfransda iştirak edib
22.10.2022 18:45

21-22 oktyabr 2022-ci il tarixlərində Moskvada N.V. Sklifosovski adına Təcili Yardım Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı və beynəlxalq iştirakla “Yubiley Lujnikov qiraətləri. Klinik toksikologiyanın inkişaf mərhələləri və perspektivləri.” mövzusunda elmi-praktik konfrans keçirilib. Elmi-praktik konfrans SSRİ-də klinik toksikologiyanın banisi, akademik Yevgeni Alekseyeviç Lujnikovun xatirəsinə həsr olunub.

 

Hibrid formatda keçirilən tədbirdə MDB-nin 6 ölkəsindən 100-dən çox mütəxəssis iştirak edib, klinik toksikologiyanın elmi və praktik ixtisas kimi inkişafının aktual məsələləri, toksikoloji xidmətin təşkili, kimyəvi zədələrin etiologiya və patogenezinə müasir baxışlar, kəskin və xroniki zəhərlənmələrlə xəstələrin diaqnostika, müalicə və reabilitasiyasına yeni yanaşmalar, bu ixtisas üzrə kadr hazırlığı problemləri müzakirə olunub.

 

Azərbaycan Toksikoloqlar Cəmiyyətinin sədri, Avropa Toksikoloji Mərkəzlər və Klinik Toksikoloqlar Assosiasiyasının üzvü dos. İsmayıl Əfəndiyev tədbirdə “Azərbaycan Toksikoloji Xidməti: tarixi, hazırkı vəziyyəti və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.

 

Dos. İ.Əfəndiyevin məruzəsi böyük maraqla qarşılanıb və tədbirin peşəkar auditoriyası tərəfindən müsbət rəy alıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib