ÜST-nin “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi davam edir
22.10.2022 18:12

Bu gün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisinin həyata keçirdiyi “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsinin 8 günlük “Təməl müəllim inkişafı” mövzusunda təlim proqramına başlanılıb. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) təşkil olunan proqrama institutun 10 müəllimi cəlb edilib.

 

Aztibb.az ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, təlim proqramı iştirakçıların təhsildə liderlik, tədris proqramlarının yaradılması, kiçik və böyük qruplarda tədris, xəstəxana şəraitində tədrisin təşkili, qiymətləndirmənin müasir metod və prinsipləri, effektiv geribildirim və tədrisə dair digər bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Proqram çərçivəsində, həmçinin iştirakçılar yeni əldə etdikləri bacarıqları tətbiq etməklə nümunə təlim sessiyaları keçəcəklər.

 

Hazırkı təlimlər bu ilin iyun ayında keçirilən oxşar təlim proqramının davamıdır. ÜST-nin ekspertləri ilə yanaşı ADHTİ-nin həmin proqramı bitirən 3 müəllimi də hazırkı proqram çərçivəsində həmkarlarına təlim keçir. Təlim iştirakçılarının ADHTİ-dəki tədris fəaliyyətlərini davam etdirməsi ilə əldə etdikləri bilik və bacarıqları yüzlərlə digər həmkarı ilə paylaşması gözlənilir. ÜST və USAID layihəni Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə icra edilir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib