Ömrünün otuz iki ilini Xətai Tibb Mərkəzi ilə bağlayan şəfqət bacısı  
22.10.2022 11:20
İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən bu xidmət işçisilərinin üzərinə böyük vəzifələr düşür.
 
Aztibb.az xəbər verir ki, Xətai Tibb Mərkəzində 121 tibb bacısı fəaliyyət göstərir. Onlardan biri baş tibb bacısı Tahirə Bünyatovadır.
 
Tahirə Bünyatova 1971-ci ildə anadan olub. 1991-ci ildə 2 nömrəli Bakı Baza Tibb Kollecini bitirib. O, həmin ildən M.Əfəndiyev adına Xətai Tibb Mərkəzində tibb bacısı işləyir. 2021-ci ildən isə tibb mərkəzinin baş tibb bacısıdır.
 
Vətəndaşların qayğılarına daim həssaslıqla yanaşan, xidmətdəki nümunəvi fəaliyyəti və dəqiqliyi ilə seçilən Tahirə Bünyatova kollektivin də dərin hörmətini qazanıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib