Sumqayıt Tibb Mərkəzi müxtəlif mövzuları əhatə edən təlimlərə start verir
21.10.2022 19:03

Sumqayıt Tibb Mərkəzi (STM) müxtəlif mövzuları əhatə edən təlimlərə start verir.

 

Aztibb.az-ın xəbərinə görə, ilk belə təlim STM-in Uşaq xəstəxanasında keçirilib.

 

Xəstəxananın tibbi heyətinin iştirak etdiyi təlimdə STM-in Keyfiyyətə nəzarət şöbəsinin müdiri Dünya Hüseynova "Ümumi standart 3. Müayinə nümunələrinin toplanması və daşınması qaydaları" mövzusunda təqdimatla çıxış edib.

 

D.Hüseynova bildirib ki, xəstəxana tərəfindən müayinə üçün nümunələrin toplanması, identifikasiyası, istifadə olunması, təhlükəsiz daşınması və məhv edilməsi qaydaları müəyyənləşdirilməli və həyata keçirilməlidir.

 

O, qeyd edib ki, səhv nümunə alınmalarının, ağırlaşmaların qarşısını almaq üçün nümunə, düzgün qaydada götürülməli, kifayət miqdarda olmalı və laboratoriyaya etibarlı şəkildə çatdırılmalıdır.

 

Vurğulayıb ki, tibb müəssisələrinin böyük tibb bacıları nümunə almanı prosedura uyğun həyata keçirməlidir. Şöbələrin böyük tibb bacıları pasiyentlə işləyən tibb bacılarının bu prosedura uyğun təlimatlandırılmasına cavabdehlik daşıyır.

 

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Bu kimi silsilə təlimlərin davamlı olaraq keçiriləcəyi diqqətə çatdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib