Qazi və hərbçi övladları üçün növbəti xeyriyyə aksiyası keçirilib
21.10.2022 18:22

Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə qazi və hərbçi övladları üçün növbəti xeyriyyə aksiyası keçirilib.

 

Baş İdarədən bildirilib ki, aparıcı Ayaz Məmmədov aksiya iştirakçılarını salamlayaraq, davamlı şəkildə bu səmtdə görülən işlərdən söz açıb, aksiyada həkim, plastik cərrah Dilqəm Məhərrəmovun artıq bir ilə yaxındır təmənnasız iştirak etdiyini vurğulayıb. Sonra Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçu qazilərlə iş üzrə şöbəsinin rəisi Zümrüd Səmədova çıxış edərək, təşkil olunan tədbirin cəmiyyət üçün əhəmiyyətindən danışıb.
Tədbirə, həmçinin iş xanımı Ruhi Əliyeva, "Natiq" ritm qrupunun rəhbəri Xalq artist Natiq Şirinov dəstək veriblər.

 

Övladları sünnət olunmuş qazi və hərbçi ailələrinin üzvləri onları daim diqqətdə saxlayan aksiya təşkilatçılarına göstərdikləri qayğıya görə təşəkkürlərini bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib