“Təbabətin aktual problemləri - 2023” mövzusunda elmi-praktik beynəlxalq konqres keçiriləcək
20.10.2022 17:29

2023-cü ilin may ayında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri - 2023” mövzusunda elmi-praktik beynəlxalq konqres keçiriləcək.

 

Aztibb.az xəbər verir ki, təqdim olunacaq işlər konqresin materiallarında çap ediləcək.

 

Tezislər aşaqıdakı tələblərə uyğun olmalıdır:

 

- Tezislər azərbaycan, rus və yaxud ingilis dillərində yazılmalıdır.

- Tezislər 1 səhifədən çox olmamaq şərtilə (format A4), “Times New Roman” şrifti ilə kompyuterdə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arasında interval 1,5 olmalıdır.

- Tezis ardıcıl olaraq giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr və yekun hissələrdən ibarət olmalıdır.

- Əvvəlcə baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə (1 interval aşağı) tezisin müəllifləri (soyadı, adı və atasının adı), müəlliflərin çalışdığı kafedranın adı qeyd edilir.

- Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox olmamalıdır və bir müəllif 2-dən çox tezis müəllifi olmamalıdır.

 

Tezislərin çap və elektron variantları (CD disk mütləqdir!) 30 dekabr 2022-ci ilə qədər Universitetin Elmi hissəsinə birbaşa təqdim oluna və aşağıdakı elektron poçt vasitəsilə göndərilə bilər (elektron və çap olunmuş variantda kafedranın müdirinin təsdiqi ilə).

 

Konfrans haqqında daha ətraflı məlumatı elmi hissədə əldə edə bilərsiniz.

 

Tel.: 994-12- 597-45-11 E-mail: elmihisseedu.az@gmail.com

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib