Səhiyyə Nazirliyində Macarıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
20.10.2022 16:07

Bu gün Səhiyyə Nazirliyində Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Tormanla görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, əvvəlcə səhiyyə naziri Teymur Musayev Tamaş Yojef Tormanı Macarıstanın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

 

Nazir Azərbaycanla Macarıstan arasında səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlıq əlaqələrin mövcudluğunu vurğulayıb: “Əczaçılıq sahəsində də əlaqələrimiz dinamik inkişaf edir. Bildiyiniz kimi, əczaçılıq sənayesi 21-ci əsrin ən mühüm sektorlarından biridir. Tarixən Macarıstan əczaçılıq məhsulları keyfiyyətinə görə seçiliblər. Deyə bilərəm ki, Azərbaycanda səhiyyə müəsissələrinin bir qismi Macarıstan istehsalı olan tibbi cihazlarla da təchiz olunub. Eyni zamanda, ölkələrimiz arasında əczaçılıq sənayesi sahəsində əməkdaşlığın yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi üçün hər cür şərait var”.

 

COVID-19 infeksiyası ilə mübarizə mövzusuna toxunan Teymur Musayev bildirib ki, Azərbaycan-Macarıstan əlaqələri Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində aparılır.
Sonda nazir gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

 

Öz növbəsində Tamaş Yojef Torma son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Səfir tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradılmasını bildirib. “Hazırda 1200-ə yaxın Azərbaycan vətəndaşı Macarıstanın ali təhsil ocaqlarının tələbələridir. Buna baxmayaraq, hesab edirəm ki, tibb təhsili alan tələbələrin sayının artırılması zəruridir”, - deyə səfir vurğulayıb.

 

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Macarıstan əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin dərman və digər əczaçılıq məhsulları sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb