ALOE BİTKİSİ bir çox xəstəliklərlə mübarizədə faydalıdır
20.10.2022 14:30

Aloe bitkisi qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

 

Aztibb.az xəbər verir ki, aloe toxumaların regenerasiyasında böyük rol oynayır. O, yaranı sağaltmaq qabiliyyətinə malikdir, orqanizmin müdafiə qüvvəsini artırır, iltihab və bakteriyalar əıeyhinə təsir göstərir.

 

Mədə və onikibarmaq bağırsağın yaralarının, qastritlərin sağalmasında yaxından iştirak edir. 1-2 çay qaşığı təzə çəkilmiş aloe şirəsini gündə 3 dəfə yeməyə yarım saat qalmış içmək effektiv nəticə göstərir.

 

Maddələr mübadiləsinin pozğunluqlarında və bağırsaq funksiyasının pozulmasında 100 mq aloe şirəsini 100 qr balla qatıb 3 saat saxlayın. Bu məhlulu gündə 3 dəfə 1 çay qaşığı qəbul edin.

 

Soyuqdəymə zamanı hər 3 saatdan bir burun boşluqlarına 5 damcı aloe şirəsi damızdırın.

 

Stomatit zamanı ağız boşluğunu yenicə çəkilmiş aloe şirəsi ilə silin.

 

Diş ətinin xəstəliyində dişlərin dibini aloe ilə sürtün.

 

Bədəninizdə yorğunluğun və həyəcanlanmanın artdığını hiss etsəniz aloe şirəsi, bal, limon suyu, kərə yağı, qozu eyni çəkidə qarışdırıb yeməkdən qabaq gündə 3 dəfə 1 qaşıq qəbul edin.

 

İmmuniteti artırmaq üçün aloe yarpaqlarını ət maşınından keçirib üzərinə eyni miqdar bal əlavə edin. Gündə 3 dəfə 1 çay qaşığı yeməyə yarım saat qalmış qəbul edin. Ardından yarım stəkan isti su için. Müalicə müddəti 3 həftədir. 10 gün fasilə verib yenidən müalicəni başlamaq lazımdır.

 

Yanıqlar zamanı, dermatitlərdə aloeni zədələnmiş nahiyəyə sürtün.

 

Profilaktika məqsədilə sağlam adamlar hər səhər içdikləri meyvə şirəsinin içərisinə 1 çay qaşığı aloe şirəsi əlavə edə bilərlər. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub