I Qarabağ müharibəsinin iştirakçısı olan travmatoloq-ortoped Müseyib Əhmədov  
20.10.2022 13:21
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Travmatologiya şöbəsinin travmatoloqu Müseyib Əhmədov birinci Qarabağ müharibəsi başlayan zaman, Azərbaycan Tibb Universitetinin tələbəsi olaraq könüllü olaraq cəbhəyə yollanmışdır. Müseyib həkim 1992-1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin N saylı Hərbi Cərrahiyyə korpusunda sanitar-instruktor kimi fəaliyyət göstərmiş, Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində yerləşən Şelli kəndində, Xramurt kəndində və şiddətli döyüşlər gedən digər ərazilərdən yaralanan əsgərlərin çıxarılmasında, ilk yardımın göstərilməsində və yaralıların N saylı Hərbi Cərrahiyyə korpusuna təxris olunmasında yaxından iştirak etmişdir.
 
Aztibb.az Birinci Qarabağ müharibəsində iştirak edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin travmatoloq-ortopedi Müseyib Əhmədov haqqında məlumatlarə təqdim edir.
 
Müseyib Əhmədov Mərkəzi Gömrük Hospitalının digər cəhharları kimi, 44 günlük Vətən müharibəsində yaralanan zabit və əsgərlərə ən doğma insanı kimi tibbi xidmət göstərmişdir. Müseyib Əhmədov 1988-1994-cü Azərbaycan Tibb Universitetini bitirib. O, 1994-1995-ci illərdə 1 saylı Hərbi Hospitalda Travmatologiya və ortopediya ixtisası üzrə İnternatura, 1997-1998-ci illərdə isə Ukraynanın Xarkov şəhərində Sitenko adına Travmatologiya və Ortopediya İnstitutunda Ordinatura keçib.
 
Həkimlik fəaliyyətinə Ukraynanın Mariupol şəhərində başlayan Müseyib həkim vətənə qayıtdıqdan sonra Bakı şəhəri Travmatologiya və Ortopediya Klinik Xəstəxanasında, 2002-2009-cu illərdə Səudiyyə Ərəbistan Krallığının Bureydah şəhərində yerləşən Bureydah Mərkəzi Hospitalında həkim travmatoloq-ortoped vəzifəsində çalışıb. 2009-cu ildən etibarən isə Mərkəzi Gömrük Hospitalında travmatoloq-ortoped kimi çalışır.
 
Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və möhtəşəm qələbənin qazanılmasında Müseyib Əhmədovun da payı var.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib