Mərkəzi Gömrük Hospitalının əməkdaşı Türkiyədə praktik təkmilləşmə proqramında iştirak edib
20.10.2022 12:20

Mərkəzi Gömrük Hospitalının İnfeksiya Nəzarəti Komissiyasının sədri Səttar Yaqubov 10-14 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Ankara şəhərində keçirilən “Azərbaycanda Xəstəxanadaxili İnfeksiyaların Profilaktikası və Nəzarəti” mövzusu üzrə praktik təkmilləşmə proqramında iştirak edib.

 

Praktik təkmilləşmə proqramının məqsədi bu sahədə 40 ilə yaxın təcrübəsi olan qardaş Türkiyənin Xəstəxanadaxili İnfeksiyaların Profilaktikası və İnfeksiyalara Nəzarət sahəsində əldə etdiyi böyük təcrübədən yararlanaraq respublikamızın tibb müəssisələrində xəstəxanadaxili infeksiyalarla mübarizə işinin Ümümdünya Səhiyyə Təşkilatının proqramı və tövsiyələrinə uyğun şəkildə təşkil edilməsi idi.

 

Proqramın ilk günü Türkiyə Səhiyyə Nazirliyinin Xalq Sağlığı Müdürlüyündə, ikinci günü Gülhanə Eyitim Araşdırma Xəstəxanasında, üçüncü günü Ankara Onkoloji Eyitim Araşdırma Xəstəxanasında, dördüncü günü 29 may Dövlət Xəstəxanasında və beşinci günü “New Park Hotel” mehmanxanasının konfrans salonunda keçirilib. Tədbirdə Türkiyənin aparıcı mütəxəssisləri tərəfindən infeksiyaların mənbəyi, yayılma yolları, əl gigiyenası ilə bağlı keçirilən tədbirlər, tibb bacılarının gündəlik olaraq gördüyü işlər, etdikləri nəzarət, apardıqları müşahidələr və bu müşahidələr nəticəsində aparılan qeydiyyatlar barədə danışılıb.

 

Həmçinin proqramda xəstəxanaya işə yeni qəbul olunan işçilərin işə götürülməzdən öncə geniş tibbi müayinələrdən keçməsi, uzman həkimlər, internlər, tibb personalı və xəstəxanaya işə yeni qəbul olunanlar üçün keçirilən təlimlər barədə, onkoloji xəstəlikləri səbəbindən immun sistemi zəifləmiş bu xəstə kontingentinin hospital infeksiyalarından qorunması məqsədi ilə görülən işlər barədə ətraflı məlumat verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib