İkinci mərtəbədən yıxılaraq 20 gün koma vəziyyətində olan 9 aylıq körpənin həyatı xilas edilib - KTM
20.10.2022 11:55

Yaşadıqları binanın ikinci mərtəbəsində yıxılan, 20 gün koma vəziyyətində olan 9 aylıq körpənin həyatı xilas edilib.

 

Bu barədə Aztibb.az-a Kliniki Tibbi Mərkəzdən (KTM) bildirilib.

 

Qeyd olunub ki, KTM-yə gətirilərkən olduqca ağır və huşsuz vəziyyətdə olan körpədə beyin ocaqlarında ciddi dəyişiklik olduğu, ağır kəllə-beyin travması aldığı müəyyən edilib.

 

Mərkəzin Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanovanın sözlərinə görə, körpə 20 gün süni tənəffüs aparatında qalıb və yalnız bu şəkildə müvafiq müəlicələrinin aparılması mümkün olub.

 

“Körpə 20 sentyabr ağır kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Mədəciklərdə qan sızma, aşağı saturasiya, alın-təpə payında böyük hemoridik əzilmələr, tənəffüsdə pisləşmə olduğu üçün intubasiya edilərək, süni tənəffüs aparatına qoşulub. Daha sonra portativ süni tənəffüs aparatı ilə KT müayinəsi edildikdən sonra xəstənin cərrahi əməliyyata ehtiyacı olmadığı müəyyənləşib. Amma buna baxmayaraq, ağır kəllə beyin travması və əzilmələr müşahidə edildi. 20 gündən sonra tənəffüsdə sabitləşmə və huşunda yaxşılaşma qeydə alınmağa başladı. Bu səbəbdən xəstə süni tənəffüs apartından ayrıldı və ekstubasiya edildi. Artıq 10 gündür ki, xəstə spontan tənəffüs alır, analiz nəticələri müsbətdir. Hazırda nevropatoloq müayinəsi davam etdirilir”.

 

Körpənin anası Güllü Mirzəyevanın dediklərinə görə, qızının həyatda qalması bir möcüzədir.

 

“Binamızın 2-ci mərtəbəsindən qızım aşağı yıxıldı. Körpəni dərhal özəl xəstəxanalardan birinə apardıq. Bizi qəbul etmədilər. Daha sonra körpəni Kliniki Tibbi Mərkəzə çatdırdıq. Çox şükür ki, bura gəlmişik. Buradakı həkimlərin sayəsində uşağımız yaşayır. Onlara çox minnətdarıq. Bir aydan çoxdur ki, biz sanki bu xəstəxananın həyətində yaşayırdıq. Şükür bu günə…”.

 

Məlumat üçün bildirək ki, körpənin bütün müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanıb. Artıq vəziyyəti müəyyən qədər yaxşılaşan körpənin nevroloji sahə üzrə də müalicəsinin tamamlanması məqsədi ilə ötən gün Uşaq Nevroloji Xəstəxanasına köçürülməsinə qərar verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib