Uşaqları inqalyasiya edərkən nələrə diqqət olunmalıdır? - Pediatrdan TÖVSİYƏLƏR
20.10.2022 10:29
İnqalyasiya müalicəsi uşaqlarda tənəffüs yolunun kəskin və xroniki xəstəliklərində çox geniş istifadə olunur.
 
Aztibb.az xəbər verir ki, həkim peidatr Nigar Süleymanova uşaqları inqalyasiya edərkən diqqət edilməsi vacib olan məqamlardan bəhs edib.
 
Həkimin sözlərinə görə, inqalyasiya müalicəsi - maye formada olan dərmanların, buxar halında birbaşa tənəffüs yoluna və ağciyərlərə ötürülməsi məqsədilə tətbiq olunan bir metoddur.
 
İnqalyasiya müalicəsinin üstünlüyü dərmanın təsirinin qısa müddət ərzində və daha effektiv olmasıdır. İnqalyasiya zamanı aşağıda qeyd olunanlara əməl etmək çox vacibdir:
 
- Nebulayzerin maska və konteynerin hər istifadədən sonra dezinfeksiya etmək;
- Nebulayzerə qoyulan məhlulun miqdarı 2.5-4 ml arası olmalıdır;
- Nebulayzer üçün tövsiyyə olunan müddət 5-10 dəqiqədir;
- İnqalyasiyanın yeməkdən əvvəl olunması məsləhətdir;
- Dərmanlar bir-birinə qarışdırılmamalıdır.
 
İnqalyasiya mualicəsində istifadə olunan dərmanlar, onların dozası və müalicə müddəti həkim tərəfindən təyin olunmalıdır.
 
Həkim təlimatından kənara çıxdıqda müalicənin effektivliyi azalır, nəticədə “bu həkim mənim uşağımı müalicə edə bilmədi” kimi negativ düşüncələr yaranır.
İnqalyasiya heç bir asılılıq yaratmır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub