AQTA qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir  
20.10.2022 10:23

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.    

 

Aztibb.az xəbər verir ki, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Ağsu şəhəri, H.Əliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Yaşar Çoban oğlu Məmmədova məxsus “Nicat” marketdə planlı yoxlama aparılıb.

 

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyinə dair texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Rəflərin və bəzi məhsulların üstünün toz qatı ilə örtüldüyü, eləcə də yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi aşkar edilib.

 

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Marketdəki yararlılıq müddəti bitmiş məhsullar satışdan çıxarılıb və müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

 

AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütamadi olaraq müvafiq tədbirlər həyata keçirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev