Pərvin Əkbərov İsveçrədə robotik reabilitasiya texnologiyaları sessiyasında iştirak edib
19.10.2022 18:19

3-7 oktyabr 2022-ci il tarixlərində İsveçrədə Hocoma Akademiyası tərəfindən reabilitasiya texnologiyaları ilə bağlı qış sessiyası keçirilib.

 

Sessiya çərçivəsində müxtəlif görüşlər təşkil edilib, eyni zamanda, reabilitasiya sahəsində yeni texnologiyalarla bağlı müzakirələr aparılıb.

 

Ümumilikdə 17 ölkənin həkim-mütəxəssislərinin iştirak etdiyi təlimlərdə Azərbaycanı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, t.ü.f.d. Pərvin Əkbərov təmsil edib.

 

P.Əkbərov sessiya çərçivəsində iştirakçılara Azərbaycanda tibb sahəsində bir sıra yeniliklər və texnologiyaların tətbiqi, eləcə də gələcəkdə tətbiqi nəzərdə tutulan robotik reabilitasiya texnologiyaları ilə bağlı məlumat verib.

 

Məlumat üçün bildirək ki, Hocoma Akademiyası canlı öyrənmə sessiyaları vasitəsi ilə reabilitasiyada qabaqcıl texnologiyaları, terapiyanın optimallaşdırılmasını öyrədir, reabilitasiya üzrə klinik ekspertlər və əsas rəy liderləri ilə şəbəkə qurmaq imkanı yaradır.

 

Akademiyanın İsveçrə, ABŞ, Sloveniya, Sinqapur və Çilidə mərkəzi fəaliyyət göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib