Qida təhlükəsizliyinə dair risklərin və böhran vəziyyətlərin idarəedilməsi ilə bağlı Avstriya təcrübəsi öyrənilir
19.10.2022 17:49

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Avstriya Respublikasında işgüzar səfərdə olub.

 

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, agentliyin sədr müavini Zəkiyyə Mustafayevanın rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində bu ölkənin Sağlamlıq və Qida Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Tomas Kikingerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Görüş zamanı AQTA-nın fəaliyyət istiqamətləri, son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində görülən tədbirlər barədə geniş məlumat verilib. Həmçinin Avstriya Respublikasında risklərin və böhran vəziyyətlərin idarə edilməsi mexanizmi, dövriyyəyə buraxılan bitki mühafizə vasitələrinin əsas təsiredici maddələrindən başqa, preparatın tərkibindəki digər köməkçi komponentlər üzərində həyata keçirilən yoxlama-nəzarət tədbirləri müzakirə olunub. Eləcə də GMO yemlərin, qida, bioloji fəallığa malik qida və yem əlavələrinin, qablaşdırılmış təbii mineral suların, yeni növ qida məhsullarının Avropa İttifaqında təsdiqindən sonra Avstriya Respublikasında ölkədaxili qeydiyyata alınması və bununla bağlı prosedur qaydaları üzrə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Tərəflər qida təhlükəsizliyi sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirmək niyyətlərini bəyan ediblər.

 

Agentliyin nümayəndə heyəti ilə Avstriya Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun nümayəndə heyəti arasında da görüş keçirilib. Görüş zamanı hər iki ölkənin qida təhlükəsizliyi institutları barədə məlumat verilib. Eyni zamanda, risk qiymətləndirilməsi və qida məhsullarında müxtəlif növ baytarlıq preparatları ilə farmakoloji aktiv maddələrin qalıqlarının təyini sınaqlarının aparılması üzrə Avstriya təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanıb.

 

AQTA-nın nümayəndə heyətinin üzvləri laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olub. Həmçinin qida təhlükəsizliyinə dair normativ texniki hüquqi aktların Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması, risklərin və böhran vəziyyətlərin idarəedilməsi ilə bağlı Avstriya təcrübəsinin öyrənilməsi, qida məhsullarının idxal-ixrac prosedurlarının sadələşdirilməsi, laboratoriyaların inkişafı və qurulması sahəsində birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

AQTA-nın nümayəndə heyəti Avstriya Respublikasının İstehlakçıların Sağlamlığı üzrə Federal İdarəsində də görüş keçirib.

 

Görüşdə Azərbaycanda ixrac potensialı yüksək olan təzə meyvə və tərəvəzin, eləcə də heyvan mənşəli məhsulların Avropa bazarına çıxarılması üçün Avstriyanın bitki sağlamlığı, baytarlıq və qida təhlükəsizliyi sahəsindəki şərtlərinin, həmçinin ölkəmizin bu sahə ilə bağlı idxal tələblərinin tətbiqi zamanı qarşıya çıxa biləcək məsələlər müzakirə olunub. Eyni zamanda, gələcəkdə Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən subyektlərin təsdiq sisteminin ekvivalentliyinin tanınması, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq nəzarəti üzrə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib