İkinci Qarabağ müharibəsinin qəhrəman həkimlərindən olan - Racu Nəbiyev 
19.10.2022 17:54

Aztibb.az ikinci Qarabağ müharibəsində iştirak edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təcili yardım həkimi Racu Nəbiyev haqqında məlumatları təqdim edir.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təcili yardım həkimi, tibb xidməti leytenantı Dr.Racu Nəbiyev ikinci Qarabağ muharibəsi baslayan zaman cəbhəyə yollanmış, 1 oktyabr 2020-ci il tarixindən 3 fevral 2021-ci il tarixinə qədər Azərbaycan Silahlı Qüvvələrində tabor tibb məntəqə rəisi kimi xidmət göstərmişdir.

 

Hərbi vəziyyətlərdə tibbi xidmətlərin göstərilməsi ilə bağlı lazımi bilik və bacarıqlara malik olan Racu həkim 44 günlük Vətən müharibəsi müddətində Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə batalyon həkimi kimi xidmət göstərib.

 

Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş təcili yardım həkimi, tibb xidməti leytenantı Racu Nəbiyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 24 iyun 2021-ci il tarixində “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Qeyd edək ki, Dr.Racu Nəbiyev 2004-2010-cu illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2011-ci ildən əmək fəaliyyətinə başlayan Dr.Racu Nəbiyev bir neçə dövlət qurumunda həkim kimi çalışmış, 2020-ci ildən isə fəaliyyətini Mərkəzi Gömrük Hospitalında davam edir. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və möhtəşəm qələbənin qazanılmasında Dr.Racu Nəbiyevin də payı var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib