Tibb Universiteti və Bakı Tibb Kolleclərinin tələbələri vaksinasiyaya dəstək layihəsində aktiv iştirak edir
19.10.2022 14:50

Azərbaycan Tibb Universiteti və Bakı Tibb Kolleclərinin tələbələri Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək layihəsi çərçivəsində müxtəlif fəaliyyətlərdə aktiv iştirak edir.

Belə ki, 1 saylı Bakı Tibb Kollecinin tələbəsi Leylaxanım Kərimli 24-30 aprel 2022-ci il tarixlərində Avropa İmmunlaşdırma Həftəsi ilə əlaqədar olaraq Şamaxı rayonunun 6 kəndində layihə çərçivəsində keçirilən immunlaşdırma kampaniyasında iştirak etmiş ən fəal gənclərdən biridir. O, kampaniya çərçivəsində əhali arasında COVID-19 və uşaq peyvəndlərinə dair maarifləndirmə işləri, yetkin insanların və uşaqların vaksinasiyası, həmçinin əhalinin sağlamlıq risklərinin qiymətləndirilməsi və uşaqların boy və çəki monitorinqi kimi fəaliyyətlər aparıb. Leylaxanım digər tələbələrlə birgə kənd sakinlərinə baş çəkərək peyvəndləmədən kənarda qalan uşaqları, peyvənd olunmamış yaşlı şəxsləri peyvənd olunmağa, habelə ürək xəstəlikləri risk amillərinin müəyyənləşdirilməsi üçün skrininq testindən keçməyə dəvət edən irimiqyaslı aksiyanın fəallarındandır.


Leylaxanım Kərimli “Avropa gənclər ili” çərçivəsində Avropa İttifaqı tərəfindən keçirilən kampaniyanın simalarından biridir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb