Laborator diaqnostikada molekulyar-genetik müayinələrin əhəmiyyəti
19.10.2022 12:34

Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyanın həkim-laborantı Səbinə İbrahimova “Laborator diaqnostikada molekulyar-genetik müayinələrin əhəmiyyəti” mövzusunda ətraflı məlumat verib.

 

Aztibb.az xəbər verir ki, S.İbrahimova bildirib ki, tibb elmində artıq çox aktual olan molekulyar-genetik müayinələrin inkişafı, onların klinikada istifadəsi və aparılan genetik analizlərin laborator diaqnostikası böyük əhəmiyyətə malikdir.

 

İlk növbədə, insan genomu, insan genetikası və müxtəlif patoloji proseslərin nəticəsində yaranan genetik xəstəliklər müasir dövrün aktual problemləridir və insandan olan nümunələrin genomunun nukleotid ardıcıllığının sintez edilib, öyrənilməsi çox vacibdir. Genetik analizlərin aparılması üçün spesifik üsullar istifadə olunur:

 

Genealoji üsul; Əkizlər üsulu; Sitoloji üsul; Biokimyəvi üsul; Populyasiya üsulu; Molekulyar-genetika üsulu.

 

Son əsrdə sürətlə yayılaraq böyük insan tələfatına səbəb olmuş İspan qripi, qara yara, taun, vəba, quş qripi (H1N1), ebola, HİV, MERS, SARS COV-2 kimi yoluxucu mikrobial xəstəliklər tibb, səhiyyə və insan sağlamlığı sahəsində ciddi problemlər yaradıb. Bu problemlərin öhdəsindən gəlmək üçün molekulyar-genetik müayinələrin inkişafı çox vacibdir.

 

Molekulyar-genetika üsulu-Polimeraz Zəncirvari Reaksiyasının (RT-PCR) köməyi ilə, məsələn, hepatitlərin HBV, HCV və s. mürəkkəb genotiplərinin təyini, hamiləliyin inkişafına təsir edən zooinfeksiyalardan toksoplasma, xlamidiya, sitomeqalavirus, herpes I və II, mikoplasma və bir sıra başqa infeksiyalar aşkar olunur. Qeyd olunan üsul xüsusən bakteriya və virus etiologiyalı olan xəstəliklərdə üç suala cavab verir: 1. anormal genin və patogen mikrobun olub-olmamasını müəyyənləşdirir; 2. “müalicə etməli və ya etməməli” - suallarına cavab verir; 3. aparılan terapiyanın keyfiyyətinin nəzarətinin aparılmasını təyin edir.

 

Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyasının əsas məqsədi:

 

  • COVID-19-un diaqnostikası və
  • 1,2,3-cü risk qruplarına aid mikroorqanizmlərin (virus və bakterioloji etiologiyalı infeksion xəstəlikərin) diaqnostikasıdır.

 

Yeni növ koronavirus (COVİD-19) infeksiyasını digər kəskin respirator infeksiyalardan (KRİ) ayırd etmək o gədər də asan deyil, çünki əlamətlər qeyri-spesifikdir və istənilən virus xəstəliklərdə həmin əlamətlərə rast gəlmək mümkündür. Məsələn, “İnfluenza” A virusu klassik gedişatında yüksək hərarət, baş ağrısı, öskürək, gözdə konyunktivit kimi əlamətləri ilə oxşardır və bütün KRİ-də müşahidə edilə bilər. SARS COV-2-nin “omikron” variantının xüsusi simptomları hələ də öz təsdiqini almayıb və fərddən fərdə dəyişə bilər. Simptomlardan daha çox yayılan (“omikron” variantına yoluxan xəstələrdə) başağrısı, əzələ ağrısı, hərarət, yuxarı tənəffüs yollarında öskürmə və asqırmanın daha az olması müşahidə olunur. Diaqnozun dəqiqləşdirilməsi üçün mütləq molekulyar-genetik müayinələr aparılmalıdır.

 

Mutasiya nəticəsində virusun yoluxdurucu gücü artıb, ancaq SARS COV-2-nin yeni variantların patogenliyi zəifləyib. Qeyd etmək istərdim ki, virusun alfa, betta, qamma, delta və “omikron” ştamları onu göstərir ki, virusun yayılma imkanları nə qədər çox olarsa, onun dəyişmə, yəni mutasiya imkanları da bir o qədər çoxdur. Və əlavə eləmək istərdim ki, mutasiya virusun yaşama formasıdır və hər dəfə virus mutasiyaya uğrayaraq bir xüsusiyyətini itirir, digər yeni xüsusiyyətləri əmələ gətirir.

 

ÜST-nin məlumatlarına görə dünyada “omikron” ştamının –B.A.4 və B.A.5 mutasiyaya uğramış genetik variantlarının və onların subvariantlarının B.A.2.75 (“kentavr”) və BQ.1.1 (“Cerberus”) yayılması təsdiqlənir. Virusun yeni variantları, əhalinin əksəriyyətində immunitetin zəiflədiyi, fərdi və ictimai qoruyucu tədbirlərinin maksimum dərəcədə zəiflədiyi, mövsümi iqlim dəyişikliklərinin KRİ-nın yayılmasına səbəb olduğu bir vaxtda gəlir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev