Funksional maqnit stimulyasiyası nə zaman istifadə olunur? - Həkim osteopat AÇIQLADI
19.10.2022 17:54
Funksional maqnit stimulyasiyası (FMS) kreslosu kiçik çanaq əzələlərinin təlimində ən son texnologiyadır. Aztibb.az xəbər verir ki, həkim osteopat Pərvin Əkbərov bu texnologiya haqqında məlumat verib.
 
Həkimin sözlərinə görə, bu unikal aparat tez və effektiv şəkildə aşağıdakı problemlərin həllində istifadə edilir:
 
- intim həyatın keyfiyyətinin aşağı düşməsi
- sidik qaçırma
- əməliyyatdan və doğuşdan sonra kiçik çanaq əzələ tonusunun zəifləməsi
- erektil disfunksiya
- xroniki çanaq ağrısı sindromu
 
Aparatın iş prinsipi fokuslanmış elektromaqnit impulslarının təsirinə əsaslanır. FMS köməyi ilə tək məşqlərlə çətin nəticə əldə edilən çanaq dibi əzələlərinin dərin qatlarının asanlıqla yığılmasına nail olmaq mümkündür.
 
Prosedurun gedişatı necədir?
 
- Pasiyent adi paltarda kresloda rahat şəkildə oturur
- Seans dövrü elektromaqnit dalğalarının təsiri altında çanaq dibi əzələlərinin dərin stimullaşması baş verir. Onların yığılıb açılması intervallarla 30 dəqiqə ərzində təxminən 10 min dəfə olur. FMS-in terapevtik təsiri 3 mərhələdən ibarətdir: Əzələlərin qıcıqlanması, stimulyasiyası və boşalması. Prosedurun effektivliyi ilk seansdan özünü göstərir, növbəti həftələrdə maksimum effektə nail olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev