"Həkimlərimizi tanıyaq!" rubrikası - Mama-ginekoloq Leyla Qaçaylı 
19.10.2022 09:56

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə bütün pasiyentlərinə qayğı və həssaslıqla yanaşan həkim, mama-ginekoloq Leyla Qaçaylını təqdim edirik.

 

Leyla Qaçaylı 2014-cü ildə Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib, 2014-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasında mamalıq-ginekologiya ixtisası üzrə rezidentura təhsili alıb. O, 2020-ci ildən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq kimi fəaliyyət göstərir.

 

Gənc həkim Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində normal və patoloji hamiləliyin təqibi, normal fizioloji və cərrahi doğuşlar, uşaqlıq yolunun və uşaqlıq boynunun patalogiyası, diaqnostikası (kolposkopiya) və müalicəsi, histeroskopiya, konservativ və cərrahi ginekologiya, sonsuzluğun diaqnostikası və müalicəsi, estetik ginekoloji əməliyyatların həyata keçirilməsi ilə məşğul olur.

 

O, peşəsini sevən, özünə qarşı tələbkar, tibb elminin son nailiyyətlərini izləyən, dünya mətbuatında öz sahəsi ilə bağlı yenilikləri işində tətbiq edən yüksəkixtisaslı mütəxəssisdir.

 

Leyla Qaçaylı 2016-cı ildə Bakıda Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə “Uşaqlıq boynu patologiyası və kolposkopiya” kursunda və Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Assosiasiyası ilə ALMAZ AKADEMİYASI Tibbi Tədris Mərkəzinin təşkil etdiyi “Laparoskopik ginekologiya və histeroskopiya” kursunda, 2017-ci ildə Bakıda Almaniyanın Frayburq Akademiyasının MEDIZIN GmbH-in təşkilatçılığı ilə “Ultrasonoqrafiya” təlimində, 2018-ci ildə Bakıda Histeroskopiya və Minimal İnvaziv Cərrahiyyə Akademiyasının təşkilatçılığı ilə “Histeroskopiya” kursunda (HAMSA), 2019-cu ildə Bakıda Azərtürkmed lazer klinikasının təşkilatçılığı ilə “Lazer və estetik ginekogiya” üzrə təlimdə iştirak edib.

 

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz:

https://customshospital.az/leyla-qachayli/

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib