Bakıda sirkə turşusu içən 66 yaşlı kişi ölüb
19.10.2022 09:19

Bakıda 66 yaşlı kişi zəhərlənərək ölüb.

 

Aztibb.az xəbər verir ki, Yasamal rayon sakini, 1956-cı il təvəllüdlü Vaqif Həbibov yaşadığı evdə sirkə turşusu içib.

 

Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən kişi orada ölüb.

 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.