Vətən müharibəsinin qəhrəman həkimi - Ramin Xəlilov
18.10.2022 18:57

"Zəfər həkimlərimiz"dən biri də Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasının poliklinika şöbəsinin oftalmoloqu Ramin Xəlilovdur.

 

44 günlük Vətən Müharibəsinin iştirakçısı olan R.Xəlilov oktyabrın 24-dən dekabrın 31-dək Füzuli-Xocavənd istiqamətində yaralı əsgər və zabitlərin sağlamlıqlarına qovuşmaları üçün yardım edib.

 

R.Xəlilov həmin günləri belə xatırlayır:

 

"Oktyabrın 24-də cəbhə bölgəsinə yola düşdüm. "Həmlə" taborunda xidmət edirdim. Taborun həkimi, kapitan Anar Məmmədov döyüşdə şəhid olmuşdu. Mən taborun tibbi xidmət rəisi təyin edildim. Xidmət etdiyim tabor birbaşa döyüş əməliyyatlarında iştirak edirdi. Düşmənin daim atəş nöqtəsi altındaydıq. Yaralıları döyüş meydanından çıxarıb, evakuasiya edərək ilkin tibbi yardım göstərirdim.

 

Orada olduğum müddətdə düşmənlə qızğın döyüş əməliyyatlarında da yaxından iştirak edirdim. Döyüşlərdə taborumuzun şəhid və yaralıları var idi.

 

Noyabrın 8-də belə döyüşlərin birində komandirimizə yardım etmək lazım idi. Xocavəndin Tuğ kəndi istiqamətinə yol aldıq. Yaxınlıqda ermənilərin hərbi hissəsi var idi. Həmin əraziyə yaxınlaşarkən hərəkət etdiyimiz yolun topla vurulduğunu gördük. Dağınıq yoldan keçmək istəyərkən maşınımız qəzaya uğradı. Maşın iki dəfə çevrildi və əkin sahəsinə düşdü. Çox ağır travma aldım. Çətinliklə də olsa maşından çıxa bildik. Ərazi atəş altındaydı. Mövqelərimizə doğru irəlilədik. Şiddətli ağrılarım olduğuna baxmayaraq hospitala getmədim və xidmətimi davam etdirdim.

 

Müharibə bitdikdən sonra arxa cəbhəyə evakuasiya olundum. Məni öncə Saatlı Rayon Mərkəzi Xəstəxanasına, oradan isə "Sumqayıt Hospital"a "Qapalı kəllə beyin travması, boynun və yuxarı ətraf yumşaq toxumaların əzilməsi" diaqnozu ilə təxliyə etdilər.

 

Müalicə aldıqdan sonra 31 dekabr 2020-ci ilədək həmin hərbi hissədə xidmətimi davam etdirmişəm və həmin günü ordudan tərxis olunmuşam.

 

Çətin günlər idi. Qorxmadan, çəkinmədən çalışırdıq ki, yaralılarımıza kömək edək, onlara məlhəm olaq.

 

Qəhrəman oğullarımız çox idi. Ağır yaralansalar da, geri qayıtmaq, vuruşmaq istəyirdilər.
Allah xalqımızı həmişə qalib, müzəffər etsin!"

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib