Reabilitasiya kursu keçən müharibə əlilləri ilə görüş olub
18.10.2022 17:28

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mərdəkan Reabilitasiya Pansionatında reabilitasiya xidmətləri göstərilən müharibə əlilləri ilə görüş olub.

 

Aztibb.az xəbər verir ki, görüşdə Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov, “Qarabağ qaziləri” İctimai Birliyinin üzvü, jurnalist Rey Kərimoğlu və Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli iştirak edib.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Zəfər qazandığı Vətən müharibəsindən sonra icra olunan geniş miqyaslı sosial dəstək proqramından bəhs olunub.

 

Qeyd olunub ki, bu proqram çərçivəsində Agentliyin reabilitasiya müəssisələrində artıq 2600-a yaxın müharibə əlilinə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib.

 

Həmçinin postmüharibə dövründə 1630 müharibə əlilinə 25671 reabilitasiya vasitəsi verilib, 352 hərbçi (o cümlədən Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 205 hərbçi) isə 367 ədəd yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.

 

QHT nümayəndələri müəssisədə əlilliyi olanlara, habelə müharibə əlillərinə göstərilən reabilitasiya xidməti ilə də tanış olublar.

 

Reabilitasiya kursu keçən müharibə əlilləri diqqət və qayğı, həmçinin keyfiyyətli bərpa-müalicə xidmətləri ilə əhatə olunduqlarını vurğulayıb, göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb