Səyrici aritmiya zamanı elektrik kardioversiyanın tətbiqi
18.10.2022 15:58
Səyrici aritmiya – ürəyin ritm pozğunluğu olub, qulaqcıqların sürətli, xaotik oyanması və yığılması, yaxud qulaqcıq əzələ liflərinin ayrı-ayrı qruplarının fibrillyasiyası ilə müşayiət edilir.
 
"Ürək yüklə işlədiyindən lazımi şəkildə qanı pompa edə bilmir", - deyən uzman həkim Cabir Gülmalıyev bu zaman orqanların normal çalışmadığını, bütün orqanizmdə xaosun başladığını bildirib. Qeyd edib ki, bu zaman ürək yığılmalarının tezliyi dəqiqədə 350-600 olur.
 
Həkimin sözlərinə görə, dərman terapiyası ilə gözlənilən nəticə alınmadıqda kəskin vəziyyətlərdə elektrik kardioversiya (ürək ritmini bərpa etmək üçün ürək nahiyəsinə impulslu elektrik cərəyanının çəkilməsi) tətbiq edilir.
 
Təcili və ya təxirəsalınmaz kardioversiya aşağıdakı 4 halda tələb oluna bilər:
 
- Ürəyin aktiv işemiyası (simptomatik və ya EKQ-də görünən);
- Orqanların hipoperfuziyasına dəlalət əlamətlər olduqda;
- Ürək çatışmazlığının ağır təzahürü, məsələn, ağciyər ödemi olduqda;
- Ürəyin mədəciklərinin həddən artıq sürətlənmiş döyüntüsünə səbəb olan əlavə yolların olması ilə müşahidə edilən erkən oyanma sindromu olduqda.
 
Xroniki səyrici aritmiyası olan uyğun xəstələrdə perkutan və ya cərrahi yolla ablasiya tətbiq edilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub