“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsinin icrası ilə bağlı dəyirmi masa keçirilib
18.10.2022 14:51
Ana ölümlərinin qarşısının alınmasına töhfə vermək məqsədilə Lənkəran rayonunda həyata keçirilməsi planlaşdırılan “Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsinin icrasına hazırlıq məsələlərini müzakirə etmək üçün BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyində layihə tərəfdaşlarını bir araya gətirən dəyirmi masa keçirilib.
 
Aztibb.az xəbər verir ki, görüşdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və UNFPA-nin nümayəndələri iştirak ediblər.

İki il ərzində davam edəcək layihə çərçivəsində ana ölümünün azaldılması istiqamətində Lənkəran rayonunda fəaliyyət göstərən tibbi heyətin və tibb müəssisələrinin potensialının artırılması, klinik protokolların və metodik vəsaitlərin yenilənməsi üçün tövsiyələrin hazırlanması, uşaqlıq boynu xərçəngi və İİV üzrə müayinələrin aparılmasına dair metodik vəsaitlərin hazırlanması, maarifləndirmə və təbliğat işlərinin həyata keçirilməsi və s. fəaliyyətlərin icrası nəzərdə tutulur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb