Akademik Əhliman Əmiraslanov Saatlıda şəhid ailələri və qazilərlə görüşüb
17.10.2022 11:46

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Saatlı rayonunda “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı anım mərasimində iştirak edib.

 

Anıım mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin sədri, DATÜB Azərbaycan təmsilçisi Xalid Xəlilov, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil müşaviri Ali Rıza Altunel, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin və Gəncliyə Yardım Fondunun nümayəndələri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə Saatlı rayonunda Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərim məzarları üzərinə gül dəstələri qoyulub.

 

Anım mərasimi dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Daha sonra Dövlət Himni səsləndirilib.

 

Mərasimdə Vətən uğrunda böyük şücaət və rəşadət nümunəsi ortaya qoyan igidlərimizin ailələrinə baş sağlığı verən Milli Məclisin komitə sədri, akademik Əhliman Əmiraslanov onlara belə qəhrəman oğullar böyütdükləri üçün təşəkkürünü bildirib: 

 

"Azərbaycan xalqı bu oğullarımızla qürur duyur, şəhidlərimizin əziz xatirəsini daim uca tutur. Azərbaycan dövləti hər zaman şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı ilə yanaşır. Vətənimizin bütövlüyü, Qarabağın işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi qəlbimizdə yaşayacaqdır. Biz qələbə sevincinə görə hər zaman onlara borcluyuq.”

 

Bildirilib ki, bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbəmizdən, doğma Qarabağımızda və işğaldan azad olunmuş rayonlarımızda uğurla həyata keçirilən nəhəng quruculuq işlərindən və Böyük Qayıdışımızdan irəli gələn yeni hədəfləri müəyyənləşdirən qalib dövlət və xalq kimi müstəqilliyimizin ən qüdrətli dövrünü yaşayırıq. Şanlı Zəfərimizin qazanılmasında qəhrəman şəhidlərimizin və igid  qazilərimizin xidmətləri misilsizdir.

 

Anım mərasimində xüsusi qeyd olunub ki, şəhid ailələri və müharibə əlilləri hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hərtərəfli diqqəti və qayğısı ilə əhatə olunub. Son illər ərzində 12 500-dən çox şəhid ailəsi və müharibə əlili mənzillərlə və fərdi evlərlə, 7 400-ə yaxın əlil isə minik avtomobilləri ilə təmin edilib.

 

Allah Vətən torpağı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı arzu edirik.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib