“Orqan və toxuma transpantasiyasında beyin ölümü diaqnozunun aktual aspektləri” adlı beynəlxalq konfrans keçiriləcək
17.10.2022 10:11

21 oktyabr 2022-ci il tarixində Bakıda “Orqan və toxuma transpantasiyasında beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

 

Tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Konfransda beyin ölümü diaqnozunun təyin olunma meyarları, diaqnozun təsdiqində rast gəlinən problemlər, orqan və toxuma transplantasiyası işinin təşkil olunmasının dini, hüquqi və psixoloji aspektləri, eləcə də müvafiq sahədə  yerli və beynəlxalq təcrübə barədə yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar ediləcək, dinləyicilərin sualları cavablandırılacaq.


Regionlarda çalışan mütəxəssislər üçün əlçatanlığı təmin etmək məqsədilə tədbir hibrid formatda həyata keçiriləcək. Proqrama uyğun olaraq konfrans anestezioloq-reanimatoloq, ümumi cərrah, neyrocərrah, ürək-damar cərrahı, uşaq cərrahı, psixiatr, nevropatoloq, kardioloq, ictimai səhiyyə mütəxəssisi ixtisasına malik həkimlər üçün nəzərdə tutulub.

 

Beynəlxalq konfransda iştirak ödənişsizdir. Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 6 DTT balı və sertifikat veriləcək. 

 

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!

 

Əlavə məlumat üçün linkə keçid edə biləriniz:

https://customshospital.az/21-oktyabr-orqan-ve-toxuma-transpantasiyasinda-beyin-olumu-diaqnozunun-aktual-aspektleri/ 

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
Dünya liderlərini bir araya gətirən
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb
 Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti tələbə qəbulu elan edir   
İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin XII Toksikologiya Konqresi”ndə iştirak edir
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
 Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb   
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub