Azərbaycanın ən böyük stomatoloji şirkəti "ARMADA" MMC 50-dən artıq tanınmış istehsalçı brendin distribütorudur
17.10.2022 10:01

20 ildən artıq fəaliyyət göstərən və Azərbaycanın ən böyük stomatoloji şirkəti olan "ARMADA" MMC stomatoloji sahədə müasir, keyfiyyətli məhsulları ilə tanınır.

 

Aztibb.az xəbər verir ki, şirkətin marketinq şöbəsinin aparıcı əməkdaşlarından biri olan Əsmər Xəlilova "ARMADA" MMC nin öz peşəkar kollektivi ilə stomatoloqlara göstərdiyi xidmətdən məmnunluq duyduğunu bildirib:

 

"Şirkətimizin əsas fəaliyyət istiqamətləri peşəkar və təcrübəli personal ilə birgə yüksək səviyyəli və müasir tələblərə uyğun olaraq stomatoloji cəmiyyətin hər bir üzvünün istəyini gerçəkləşdirmək və stomatoloji sahədə beynəlxalq əlaqələri inkişaf etdirərək ölkəmizdə bu sahənin inkişafına dəstək verməkdir".

 

Dünyanın 50-dən artıq tanınmış istehsalçı brendinin distribütoru olan "ARMADA" bütün məhsulların servisini öz öhdəsinə götürür. Belə ki, Morita, Stern Weber, MyRay, Osteobiol by Tecnoss Dental, President Dental, FKG, Kerr, Morita, Belmont, Dentsply, NSK, Tecno-Gaz, Ultradent, Zhermack, Amanngirrbach və s. kimi məşhur firmaların rəsmi distribütoru olmaqla bütün məhsulları sizə çatdıra və hər zaman servis kimi fəaliyyət göstərməyə hazırdır.

 

"ARMADA"nın tərkib hissəsi olan IDS (International Dental Service) rəsmi qaydada distribütorluq etdiyimiz bütün firmaların istehsal etdiyi istər klinika, istərsə də laboratoriya avadanlıqlarının servisini zəmanətlə yerinə yetirir və bütün ehtiyyat hissələrinin dəyişdirilməsini təmin edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb