Uşaq cərrahlarının iştirakı ilə ağır xəstələrin müzakirəsi aparılıb
15.10.2022 15:11

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda uşaq cərrahlarının iştirakı ilə ağır xəstələrin müzakirəsi aparılıb.

 

Müzakirədə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun direktoru, t.ü.f.d.Allahverdi Musayev, institutun baş həkimi, uzman həkim Azər Əhmədov və müxtəlif xəstəxanalardan dəvət olunan uşaq cərrahları iştirak ediblər.

 

Tədbirdə Mərkəzi Klinik Xəstəxanasından uşaq cərrahı Fuad Hüseynov, Elmi-Tədqiqat Pediatriya İnstitutundan uşaq cərrahı Ləman Abdıyeva və uşaq cərrahı Sabir Novruzov öz bilik və təcrübələrini paylaşıblar.


Çıxış edən institutun direktoru Allahverdi Musayev bu cür toplantıların keçirilməsinin zəruri olduğunu bildirib, ağır xəstələrin müzakirəyə təqdim edilməsi, məsləhətləşmələrdən sonra qərar verilməsini doğru sayıb. O, belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

 

Bona Dea Hospitaldan Fərid Xanməmmədov, Mərkəzi Klinik Xəstəxanadan Fuad Hüseynovun, Ege Hospitaldan Nicat Vəliyev, Bakı Sağlamlıq Mərkəzindən Toğrul Ömərovun iştirakı ilə keçirilən toplantıda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Növbəti belə müzakirələrin Bakı şəhərində Pediatriya sahəsində çalışan pediatrlarla bərabər keçirilməsi planlaşdırılır.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib