Qan azlığı bir xəstəlik deyil, əlamətdir - Qastroenteroloq-terapevt
15.10.2022 11:52

Qan azlığı (Anemiya) hüceyrələrə oksigen daşıyan sağlam qırmızı qan hüceyrələrinin olmadığı bir vəziyyətə deyilir. Müxtəlif anemiya növləri fərqli səbəblərdən qaynaqlanır.

Aztibb.az xəbər verir ki, Referans Poliklinik Əhmədli filialının qastroenteroloq-terapevti Fidan Ağazadə anemiya növləri ilə əlaqəli bəzi səbəbləri açıqlayıb:

-Dəmir çatışmazlığı anemiyası;
-Vitamin çatışmazlığı anemiyası;
-Xroniki xəstəlik anemiyası;
-Aplastik anemiya;
-Sümük iliyi xəstəliyi ilə əlaqəli anemiyalar;
-Hemolitik anemiyalar;

Qan azlığı zamanı xəstədə aşağıdakıi şikayətlər qeyd edilir:

-taxikardiya
-təngnəfəslik
-yorğunluq
-zəiflik
-tərləmə və ağızda quruluq
-qulaqda küylər
-arterial təzyiqin düşməsi
-nəbzin zəif dolğunluqda olması və tezləşməsi
-dəri ve selikli qişaların solğunlaşması
-dəridə quruluq
-baş gicəllənməsi, baş ağrıları
-halsızlıq
-tez-tez tərləmə
-saç tökülməsi
-dırnaqların tez-tez qırılması, laylanması kimi müxtəlif simptomlarla müşayiət olunur.

Həkim qeyd edib ki, qan azlığı zamanı unutmamalı olduğumuz ən önəmli məqam bunun bir xəstəlik olmadığıdır: "Qan azlığı bir xəstəlik deyil, bu bir əlamətdir, bir işarətdir. Altda yatan xəstəlik mütləq müəyyən edilməlidir və ona əsasən bir müalicə yazılmalıdır".


ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev