Gürcüstanda keçirilən görüşdə Azərbaycan nümayəndə heyəti geniş tərkiblə təmsil olunub
15.10.2022 09:03

10-12 oktyabr tarixində Gürcüstan Respublikasının Tbilisi şəhərində “Səhiyyədə fövqəladə hallarda risk kommunikasiyası və icmalarla iş: öyrənilmiş dərslər və gələcəyə baxış” mövzusunda görüş keçirilib.

 

Tədbir Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyədə Fövqəladə Hallar üzrə Cənubi Qafqaz Mərkəzi və Gürcüstan Ölkə Ofisinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Azərbaycan da daxil olmaqla 9 ölkənin təmsilçilərinin iştirak etdiyi görüşün əsas məqsədi COVID-19 pandemiyası dövründə qazanılmış təcrübələrin bölüşülməsi, gələcək prioritetlərin müəyyənləşdirilməsi və risk kommunikasiyası və icma fəaliyyətlərinin daha da yaxşılaşdırılması məqsədilə subregional və ölkə tövsiyələrinin inkişaf etdirilməsi olub.

 

Görüşdə geniş tərkibdə iştirak edən Azərbaycan nümayəndə heyətinə ÜST-nin Azərbaycan üzrə Ölkə Ofisinin əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Regional İnkişaf” İctimai Birliyinin təmsilçiləri qatılıb.

 

Ölkə təcrübələri və yeni tövsiyələr ətrafında səmərəli fikir mübadiləsinin aparıldığı görüşdə aktiv iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri COVID-19 ilə mübarizədə risk kommunikasiyasında çoxtərəfli yanaşmanın tətbiqi, pandemiyaya qarşı mübarizədə davranışların qiymətləndirilməsi sorğusunun əhəmiyyəti, gənclər və könüllülərin pandemiya ilə mübarizədə rolu və Operativ Qərargahın cavab tədbirlərini vahid mərkəzdən idarəetməsinin əhəmiyyəti kimi müxtəlif mövzulara dair təqdimatlarla çıxış edib.

 

Qeyd edək ki, görüş Avropa İttifaqının maliyyələşdirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində həyata keçirilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib