ÜST: Ukraynada səhiyyə böhranı baş verə bilər
15.10.2022 09:59

Aşağı temperatur bu qışda Ukraynada respirator xəstəliklərin, soyuqlama və donvurmaların kəskin artmasına səbəb ola bilər.

 

Aztibb.az-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

  

Ukrayna hökumətinin statistikasına görə, müharibə başlayandan 800 mindən çox ev dağılıb və 10 minlərlə adam qaçqın düşərgələrində yaşayır. Onların soyuqdan qorunmağa şəraiti yoxdur.

 

“Çox sayda ukraynalı tez-tez yerdəyişmə edir, qeyri-standart, istilik olmayan tikililərdə yaşayır. Bu da donvurma, soyuqlama, pnevmoniya və insultla nəticələnə bilər” – deyə ÜST-nin Avropa bürosunun rəhbəri Hans Kluqe bildirib.

 

ÜST hesablamasına görə, Ukraynada 620 tibb müəssisəsi hücuma məruz qalıb və nəticədə əhali üçün tibb xidmətinin əlçatanlığı azalıb.

 

Qurum bildirir ki, havalar kəskin soyuyacağı təqdirdə ölkədə səhiyyə böhranı baş verə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır