Səhiyyə Nazirliyi ilə ÜST arasında bir sıra prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub
14.10.2022 17:33

Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə gələcəkdə birgə layihələrin həyata keçirilməsi ətrafında (Azərbaycanda 2024-2025-ci illər üçün immunizasiya proqramı üzrə Birgə Strategiyanın hazırlanması; səhiyyə informasiya sistemlərinin təkmilləşdirilməsi; COVID-19 qlobal pandemiya ilə bağlı uğurlu fəaliyyətlərin dəstəklənməsi; səhiyyə sahəsində fövqəladə hallara hazırlıq üzrə birgə qrupun yaradılması; ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək və s.) faydalı müzakirələr aparılıb.

 

Səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb: “Ötən müddət ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib”.

 

Nazir çıxışında ilkin səhiyyə xidmətinin gücləndirilməsini universal tibbi təminatın əsasını təşkil etdiyini vurğulayıb. Bildirilib ki, nazirlik tərəfindən elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadə istiqamətlərində mühüm addımlar atılır.
ÜST ekspertlərinin ictimai səhiyyə sahəsində çoxillik təcrübəsini vurğulayan Teymur Musayev Azərbaycanın regionlarında ailə həkimi institutunun yaradılması istiqamətində dinamik əməkdaşlığın vacibliyini qeyd edib.

 

COVID-19 infeksiyası ilə mübarizə mövzusuna toxunan Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyası ilə bağlı fəaliyyətini daim dəstəklədiyini vurğulayıb. O, Azərbaycanla ÜST arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə təşkilatın ölkəmizdəki nümayəndəliyinə təşəkkürünü bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
2030-cu ilədək Avropa İmmunlaşdırma Gündəliyi mövzusuna toxunan H.Harmancı immunizasiya proqramının ölkələr daxilində və ölkələr arasında peyvənd əhatəsində bərabərsizliklərlə mübarizə üçün yeni istiqamət verəcəyini bildirib.

 

ÜST nümayəndəliyinin rəhbəri Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə uzunmüddətli sıx əməkdaşlığını vurğulayaraq, ÜST-nin ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək tədbirlərinə hər cür köməklik göstərməyə hazır olduğunu bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb