Tbilisidə ÜST-nin Azərbaycan nümayəndəliyinin təşkilati dəstəyi ilə seminar keçirilib
14.10.2022 17:17
Gürcüstanın Respublikasının Tbilisi şəhərində “ÜST-nin Avropa üzrə Regional Ofisinin yanaşması və qlobal metodlardan istifadə etməklə maliyyə müdafiəsi monitorinqi üçün göstəricilərin hesablaması üzrə bacarıqların artırılması seminarı” keçirilib.
 
Aztibb.az xəbər verir ki, ÜST-nin Səhiyyə Sisteminin maliyyələşdirilməsi üzrə Barselona Ofisi tərəfindən həyata keçirilən seminarda Azərbaycan daxil olmaqla 12 ölkənin nümayəndələri iştirak edib.
 
ÜST-nin Azərbaycan nümayəndəliyinin təşkilati dəstək verdiyi seminarın keçirilməsində məqsəd analitiklər arasında maliyyənin qorunması üzrə əsas göstəricilərə nəzarət etmək üçün potensial yaratmaq, hökümət səviyyəsində texniki ekspertlərin sözügedən əsas göstəricilərlə bağlı məlumatlılığını artırmaq və onun hesablanmasına dəstək vermək olub.
 
Seminarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Sənan Fətəliyev də iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır