Elektron səhiyyənin idarə edilməsi sisteminin inkişafı üzrə texniki yardıma dair məlumatlandırıcı seminar keçirilib
14.10.2022 12:18

Dünya Bankının Texniki Yardım Missiyasının nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

 

Aztibb.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Dünya Bankının təşkilatı dəstəyi ilə “Elektron səhiyyə və tibbi iddiaların idarə edilməsi sisteminin inkişafı üzrə texniki yardım” adlı məlumatlandırıcı seminar keçirilib.

 

Aidiyyatı qurumların, habelə elmi dairələrin və inkişaf tərəfdaşlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Dünya Bankının komandası tərəfindən aparılan texniki qiymətləndirmələrin və təminatçının ödəniş sistemi və e-Səhiyyə üçün zəruri olan qanunvericilik dəyişikliklərinin variantları ilə bağlı tövsiyələrə dair təqdimatlar və müzakirələr aparılıb.

 

Açılış mərasimində çıxış edən Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri əvəzi Səidə Bağırlı müasir dünyada səhiyyə sisteminin rəqəmsallaşmasının vacibliyini vurğulayıblar. Onların sözlərinə görə, məlumatların düzgünlüyü və şəffaflığı qərar vermə prosesində böyük rol oynayır. Belə ki, tibbi məlumatlara həm pasiyentlərə aid informasiya, həm də maliyyə məsələləri daxildir. Bütün bunlar birlikdə böyük məlumat bazasını təşkil edir. Məlumat bazasının idarəolunması və digər bazalarla mübadiləni təmin etmək əslində səhiyyənin rəqəmsallaşdırılmasının əsasını təşkil edir. Burada əsas çağırışlardan biri fərdi tibbi məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması ilə bağlıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb