Əməkdar həkim Sevda Nəsrullayevanın doğum günü qeyd olunub
13.10.2022 23:14

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda müəssisənin Kurortologiya şöbəsinin baş elmi işçisi, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Sevda Nəsrullayevanın ad günü qeyd olunub.

 

Bu münasibətlə keçirilən tədbirdə institutun direktoru Pərvin Əkbərov və həkim kollektivi Sevda xanımı təbrik edib, ona can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

Qeyd edək ki, Sevda Nəsrullayeva 1943-cü ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Daha sonra Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasında klinik ordinator, aspirant və assistent kimi çalışıb. 1977-ci ildən Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda böyük elmi işçi, Funksional diaqnostika şöbəsinin müdiri, institutun direktoru vəzifələrində çalışıb. 1994-cü ildən institut direktorunun elmi işlər üzrə müavini kimi fəaliyyət göstərib.

 

Həkim ilk dəfə olaraq şəkərli diabet xəstəliyinin müxtəlif fəsadlarının müalicəsində Azərbaycanın təbii amillərinin (Naftalan nefti, müalicəvi palçıq və mineral sular) tətbiq edilməsini elmi cəhətdən əsaslandırıb və yeni fizioterapevtik üsullarını işləyib hazırlayıb.
Alim 100-dən artıq elmi işin və 5 ixtiranın müəllifidir.

Sevda Nəsrullayevanın fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, "Əməkdar həkim" fəxri adına və "Tərəqqi" medalına layiq görülüb.

 

Həkim Azərbaycanda fizioterapiya, kurortologiya və təbii sərvətlərin öyrənilməsi istiqamətində böyük işlər görüb. ETTBİ-da gənc elmi işçilərin yetişməsində onun müstəsna rolu var.

 

Sevda Nəsrullayeva institutda çalışdığı illər ərzində kollektivin böyük hörmətini qazanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib