ATU-nun Tədris Terapevtik Klinikasında "Ağciyər arteriyasının tromboemboliyası" adlı seminar keçirilib
13.10.2022 23:11

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, klinikanın həkimləri və rezidentlərinin iştirakı ilə “Ağciyər arteriyasının tromboemboliyası" mövzusunda seminar keçirilib.

 

Tədbirdə çıxış edən rezident Nərgiz Səttarova xəstəlik, onun diaqnostikası və müalicəsi haqqında ətraflı məlumat verib.

 

Bildirib ki, aşağı ətrafların dərin venaların trombozu və onunla əlaqədar baş verən ağciyər arteriyasının tromboemboliyası müxtəlif profilli stasionarlarda ölümün ən çox rast gəlinən səbəblərindəndir.

 

Onun sözlərinə görə, patoloji anatomik təşrihlər zamanı ölüm səbəbləri arasında ağciyər arteriyasının tromboemboliyası 2-15% hallarda qeydə alınır. Xəstələrin 70%-dən çoxunda ağciyər arteriyasının tromboemboliyası diaqnozu ölümdən sonra qoyulur.

 

Həkim dərin venaların trombozunun (DVT) ən təhlükəli ağırlaşmasının ağciyər arteriyasının tromboemboliyası olduğunu da diqqətə çatdırıb.

 

Seminarda klinikaya müraciət edən və müalicə alan 61 yaşlı qadın xəstənin analizlərinin nəticələri, onların təhlili və müalicəsi haqqında ətraflı məlumat verildi.

 

Sonda N.Səttarova tərəfindən iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb