İtaliyalı mütəxəssis tərəfindən ödənişsiz olaraq ağır endoprotez əməliyyatları icra edilib
13.10.2022 21:06

İtaliyanın məşhur travmatoloq-cərrahı Pier Giorgio Vasina tərəfindən Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) ağır endoprotez əməliyyatları icra edilib.

 

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsindən bildirilib ki, TƏBİB-in dəvəti ilə Azərbaycana gələn italyan cərrah Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda ölkə travmatoloqları üçün seminar keçib.

 

Təşkil edilən seminar 2 hissədən (interaktiv əməliyyatlar və mühazirə) ibarət olub. İnteraktiv əməliyyatlar zamanı P.G.Vasina ölkə cərrahları ilə icra etdiyi əməliyyatların texniki üsullarını bölüşüb, reviziya əməliyyatları zamanı istifadə etdikləri metodları əyani şəkildə təqdim edib.

 

Mühazirə hissəsi isə mürəkkəb xəstələrin vəziyyətinin müzakirəsi şəklində aparılıb.

 

Qeyd edək ki, dövlət müəssisələrində xarici mütəxəssislərin icbari tibbi sığorta çərçivəsində vətəndaşlara və tibb heyətinə ödənişsiz xidməti ilk dəfə həyata keçirilir.

 

Məlumat üçün bildirək ki, P.G.Vasina oktyabrın 14-də ETTOİ-də əməliyyatlar icra edəcək.
İtalyan cərrahın təcrübəsini bölüşmək məqsədilə ölkəmizə səfəri mütəmadi olaraq təşkil ediləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb