“Sputnik V” peyvəndi risk qrupları üzərində sınaqdan keçirilir
24.09.2020 17:21

Rusiyanın Qamaleya İnstitutu “Sputnik V” koronavirus peyvəndinin risk qrupları üzərində sınaqlarına başlayıb.

 

Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev açıqlama verib.

 

“Hazırda Qamaleya İnstitutu risk qrupları üzərində bir sıra əlavə klinik sınaqlara başlayıb. Yəni, indi sınaqlar yaşlı insanlar, bir sıra digər risk qrupları üzərində aparılacaq. Bu sınaqlar peyvəndin risk qruplarına təsirini analiz etmək üçün aparılır”, - deyə Dmitriyev bildirib.

 

Dmitriyev bu araşdırmanın nəticələrindən sonra peyvəndin təhlükəsizliyi barədə dəqiq fikir bildirməyin mümkün olacağını qeyd edib. Bununla belə o bildirib ki, təməl səviyyədə peyvənd insan adenovirusuna əsaslandığı üçün təhlükəsiz hesab olunur.

 

Onun sözlərinə görə, institut yaşlılar arasında peyvəndə qarşı əks-təsir yaranacağını gözləmir. Fondun rəhbəri, yaşlıların könüllü olaraq peyvəndləndiyini və özlərini çox yaxşı hiss etdiklərini qeyd edib.

 

Xatırladaq ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə olaraq koronavirus vaksinini qeydiyyatdan keçirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır