Riskli hamiləlik üzrə ixtisaslaşmış həkim ginekoloq - Nəzrin Əsgərova
13.10.2022 10:36
Aztibb.az Mərkəzi Gömrük Hospitalının “Həkimlərimizi tanıyın!” rubrikasına istinadla, yüksəkixtisaslı mama-ginekoloq Nəzrin Əsgərova haqqında məlumatları təqdim edir. 
 
Nəzrin Əsgərova Hospitalda normal, patoloji, riskli hamiləlik təqibini, normal fizioloji və cərrahi doğuşları, sonsuzluğun konservativ və cərrahi müalicəsini, laparoskopik kolposkopiya, mioma, kist, endometriozis, histerektomiya əməliyyatları, ginekoloji xəstəliklərin müalicəsini həyata keçirir.
 
O, 2013-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsini bitirmiş, 2013-2018-ci illərdə Azərbaycan Tibb Universitetinin II mama-ginekologiya kafedrasında rezidentura təhsili almışdır. O, təhsilini davam etdirərək 2021-ci ildən etibarən Azərbaycan Tibb Universiteti, II mama-ginekologiya kafedrasında doktorantura təhsili alıb. Əmək fəaliyyətinə isə 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq kimi başlayıb.
 
Nəzrin xanım daim öz üzərində çalışan, ixtisasını artıran həkimdir. O, 2019-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Onkoginekologiyada müasir aspektlər” konfransında, 2020-ci ildə Azərbaycan Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Mamalıq və Ginekologiya üzrə III Beynəlxalq konqresində, 2021-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Reproduktiv sağlamlıq və operativ ginekologiya” mövzusunda seminarda, həmin ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Döldəki qüsurların prenatal diaqnostikası və bətndaxili invaziv müdaxilələr” mövzusunda təlimində iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev