Uşaqların dişlərini sedasiya ilə müalicə etmək təhlükəlidir - Tanınmış pediatrdan ÇAĞIRIŞ
13.10.2022 10:02
Süd dişlərini təmizləmək üçün saatlarla körpə beynini narkotik analgetik altında "yatızdırmağa" dəyərmi? 
 
Aztibb.az xəbər verir ki, tanınmış həkim-pediatr Aytən İsmayılzadə uşaqlarda dişlərin müalicəsi üçün tətbiq edilən sedasiya üsulunun mənfi cəhətlərindən bəhs edib. "Sedasiya sadəcə uşağı yatızdırmaq deyil", - deyən həkim əlavə edib ki, bu, həm də narkotik analgetik dərmanla bu dünya ilə beyinin əlaqəsini kəsməkdir. Dərman bədəndən çıxmayınca, çağırsan da, nə etsən də uşaq ayılmaz.
 
İstifadə olunan maddələr beyinin koqnitiv funksiyalarına təsir edir. Yaddaş, qavrama, analiz - sintez qabiliyyəti, nitq və s. Xüsusən 4 yaşa kimi sedasiya olmaz. Yalnız çox vacib əməliyyata görə sedasiya, narkoz istifadə edilməlidir: 
 
"Mən bir həkim kimi sedasiyanı nə pasiyentlərimə, nə valideyn kimi öz uşaqlarıma məsləhət görürəm. Əgər hansısa uşaq həkimi yaxın buraxmır və dişlərində dərin karies varsa, bunun da yolunu tapmaq lazımdır. Ya dişləri əvvəlcədən qorumaq lazımdır, ya da iynənin yerini də keyidib müdaxilə etmək olar. Çürük dişlər infeksiya mənbəyidir, amma bunu 2 saat sedasiya ilə müqayisə etsək, infeksiya daha "yaxşıdır".
 
"Övladlarınızı qoruyun. Onları kiminsə qazanc mənbəyinə qurban verməyin", - deyə A.İsmayılzadə valideynlərə çağırış edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev