TƏBİB-in İcraçı direktoru Dünya Bankının Texniki Yardım Missiyası ilə görüşüb
13.10.2022 09:56
Ölkəmizdə işgüzar səfərdə olan Dünya Bankının Texniki Yardım Missiyasının nümayəndə heyəti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) olub.
 
Aztibb.az-a daxil olan məlumata görə, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Dünya Bankının səhiyyə üzrə aparıcı iqtisadçısı Driss M. Zine-Eddine El-İdrissinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Vüqar Qurbanov Dünya Bankı və Azərbaycan hökuməti arasında səmərəli əməkdaşlıqdan və birgə əməkdaşlıq nəticəsində Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən əhəmiyyətli layihələrdən danışıb.
 
İcraçı direktor Texniki Yardım Missiyasının təminatçının ödəniş sistemi və e-Səhiyyə üçün tələb olunan qanunvericilik dəyişiklikləri ilə bağlı texniki qiymətləndirmələrinin və tövsiyələrinin ölkəmizdəki səhiyyə qurumlarına təqdim etməsinin səhiyyənin baza prinsiplərinin sağlamlaşdırılması istiqamətində görülən işlərə xüsusi töhfə verəcəyini bildirib.
 
“2022-2026-cı illəri əhatə edən “Milli Səhiyyə İnformasiya Strategiyası” layihəsi çərçivəsində Azərbaycan hökumətinin təşəbbüsü ilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər dövlət qurumları ilə faydalı əməkdaşlıq edilir. TƏBİB-in tibb müəssisələrində xəstələrin idarəedilməsi alqoritminin və o cümlədən, ilkin səhiyyə sisteminin inkişaf etdirilməsi icbari tibbi sığorta büdcəsinin optimallaşdırılmasına və xəstəxana gəlir dövriyyəsinin qənaətbəxş səviyyəyə çatmasına ciddi töhfələrini verə bilər. Ən əsası isə ödəniş təminatçısının elektronlaşdırılması ilə insan faktoruna bağlı olan xətaların minimuma endirilməsinə nail olmaq olar” - deyə V.Qurbanov vurğulayıb.
 
Daha sonra çıxış edən Driss M. Zine-Eddine El-İdrissi təmsil etdiyi qurumun Azərbaycanda səhiyyə sahəsinin təməl baza prinsiplərinin inkişaf etdirilməsinə maraqlı olduğunu və bundan sonra da qarşılıqlı əməkdaşlıqdan məmnun olacaqlarını bildirib.
 
Görüş iki tərəf arasında gələcəkdə həyata keçirilə biləcək mümkün layihələrin müzakirəsi ilə başa çatıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb