Pediatr Erkin Rəhimov: Uşaqlarda ayaqların əyriliyinə görə edilən masajın heç bir faydası yoxdur
12.10.2022 15:11

Bir yaşı tamam olmayan körpələrin yaxınları tərəfindən atılıb-tutulması təhlükəlidir.

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov nazirliyin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı deyib.

 

“Körpələrin başı ani hərəkətlərə tab gətirmir və bu kimi hallarda beyin silkələnməsi ola bilər. Eyni zamanda körpəni atıb-tutan şəxsin ani fikir yayınması da ağır fəsadlarla nəticələnə bilər. Odur ki, körpəni atıb-tutmaq oyun kimi görünsə də təhlükəlidir.

 

Uşaqların ayaqlarının əyriliyinə görə edilən masajın həmin problemin həllinə faydası yoxdur. Bu kimi masajlardan nəticə alınması fərdi xarakter daşıyır. Lakin elmi təbabətdə masajın müsbət təsiri deyə bir anlayış yoxdur. Ayaq əyriliyi ilə bağlı mütləq şəkildə ortopedə müraciət edilməli, lazım gələrsə müalicə təyin olunmalıdır. Bəzi hallarda isə körpədə müşahidə olunan əyrilik öz-özünə düzələ bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib