Hər gün istifadə etdiyimiz çayın FAYDALARI VƏ ZƏRƏRLƏRİ
12.10.2022 09:34

Çay min bir dərdin dərmanıdır. Ancaq artıq və vaxtsız içilən çay insan orqanizminə mənfi təsirsiz ötüşmür. Məsələn, səhər yeməyində yumurta ilə çay içmək yerinə meyvə suyu qəbul etmək daha məqsədəuyğundur. Çünki çayda olan bəzi maddələr qidadan alına biləcək dəmirin miqdarını azaldır.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, gün ərzində çox çay qəbul etmək əsəb pozğunluğu, qəbzlik, yüksək təzyiq, əl əsməsi, baş ağrısı və yuxusuzluq kimi hallara səbəb ola, revmatizmdən əziyyət çəkənlərə ziyan vura bilər.

 

Həddindən artıq şəkərli çay içmək isə ürək damar, köklük kimi xəstəliklərə yol açır. Şirin çaydan əl çəkə bilmirsinizsə, dadlandırıcılardan istifadə edə bilərsiniz. Ümumiyyətlə isə gün ərzində 4 fincandan artıq və tünd çay içməkdən çəkinin. Əlavə hər bir fincan çay isə bir stəkan su ilə əvəz edin.

 

Kiçik qaydalara riayət etsəniz, çayın faydaları arta bilər. Məsələn: Çay xərçəng riskini azaldır. Xüsusilə ağciyər, bağırsaq və dəri xərçəngini. Ağır və yağlı yeməklərdən bir saat sonra içilən çay həzmi asanlaşdırır.

 

Çaya rəng verən birləşmələr damar çəpərlərini gücləndirir. Başda beyin qanaması olmaqla hər cür qanama riskini azaldır. Qan dövranını yaxşılaşdırır. Diş minasını qüvvətləndirir. Diş əti xəstəliklərinə qarşı müqavimət yaradır.

 

Bədəndəki zərərli maddələri yox edir. Böyrəklərin daha yaxşı işləməsini təmin edir.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
 Qusarda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib