TƏBİB-in şöbə müdiri: son günlərin statistikası ümidvericidir
18.07.2020 12:51

Son günlərin statistikası ümidvericidir. Sağalma sayı yoluxma sayını ötüb. Bu, bizim üçün çox yaxşı bir göstəricidir.

 

Aztibb.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

 

Şöbə müdirinin sözlərinə görə, burada aparılan testlərin sayı da önəmlidir: "Yəni, aparılan testlərdən neçə müsbət nəticə çıxması vacibdir. Son günlər test sayını da artırmışıq. Əvvəllər testlərin sayı 5-6 min idisə, hazırda 9 minə çatıb. Doqquz min test içərisindən 471 müsbət nəticə çıxması statistik olaraq yaxşı göstəricidir".

 

Xatırladaq ki, iyulun 17-də Azərbaycanda COVID-19-a 471 yoluxma, 549 sağalma halı qeydə alınıb. Analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər