“II Beynəlxalq Pediatriya, Uşaq Cərrahiyyəsi və Tibb bacıları” konqresinə tezis və məqalə qəbulu elan edilir
11.10.2022 14:58
K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu 2023-cü ilin aprel ayında keçiriləcək “II Beynəlxalq Pediatriya, Uşaq Cərrahiyyəsi və Tibb bacıları” konqresinə tezis və məqalə qəbulunu elan edir. Təqdim olunan işlər Konqresin Elmi Komitəsi tərəfindən baxılacaq və yekun qərar elan ediləcək.
 
Aztibb.az xəbər verir ki, tezis və məqalələr aşağıdakı formatda olmalıdır:
 
Məqalələrin həcmi 5, tezislər isə 2 səhifədən artıq olmamalıdır (Times New Roman şriftin ölçüsü 12 pt, sətirarası məsafə 1,5 interval).
 
Əvvəlcə baş hərflərlə təqdim olunan işin adı verilməli, sonrakı sətirdə tam şəkildə müəllifin adı, soyadı, açar sözlər (3-dən artıq olmamaq şərtilə) yazılmalıdır.
 
İşlər ardıcıl olaraq giriş, tədqiqatın məqsədi, material və metodlar, tədqiqatın nəticələri və yekun hissələrdən ibarət olmalıdır:
 
1) İşlər azərbaycan, türk, rus və ingilis dillərində yazıla bilər.
2)Elmi məqalələrdə qısa, işin əsas məzmununu əks etdirən (işin məqsədi, material/xəstələr, nəticələr), 4-5 açar sözdən ibarət azərbaycan, rus və ingilis dillərində xülasə göstərilməlidir. Xülasə abzas olmadan, 100-250 sözdən ibarət olmalıdır.
 
Məqalələrdə ədəbiyyat siyahısı aşağıdakı qaydada tərtib olunmalıdır:
 
1) Siyahıdakı ardıcıllıq əlifba sırası ilə deyil, mətndə olan istinadlara uyğun ardıcıllıqla, kvadrat mötərizədə olmalıdır.
2) İstinad edilən mənbələr son 10-15 ildə dərc olunmuş, sayı 12-15-dən artıq olmamalıdır.
3) Ədəbiyyat siyahısı orijinalda olduğu kimi göstərilir.
Aşağıdakı linkə keçid etməklə tezis/məqalə təqdimetmə formasını doldurub s.nesirova@etpi.az adresinə göndərə bilərsiniz:
 
Son tarix: 01.12.2022
 
Əlaqə nömrəsi: +994 557395995
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub