ATU-nun rektoru VI Mərkəzi Asiya Beynəlxalq Forumunda iştirak edib
10.10.2022 18:35

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Qazaxıstanın paytaxtı Almatıda təhsilin keyfiyyətinin təmin edilməsi üzrə VI Mərkəzi Asiya Beynəlxalq Forumunda iştirak edib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, “Qlobal təhsil məkanında transmilli qarşılıqlı fəaliyyət” mövzusuna həsr edilmiş tədbirə Hollandiya, Hindistan, Türkiyə, Latviya, Moldova və digər dövlətlərdən universiteti rəhbərləri, təhsil ekspertləri qatılıblar.

 

Professor Gəray Gəraybəyli forumda “Tibb təhsilində tədrisin keyfiyyətinin artmasında rəqəmsal texnologiyaların rolu” mövzusunda çıxış edib. O, ATU-da son illər aparılan islahatlar, tədris proqramındakı yeniliklər, pandemiya dönəmində uğurla tətbiq edilən rəqəmsal texnologiyalar barəsində iştirakçılara ətraflı məlumat verib.

 

Forumda “Qlobal reallığın təhsilin inkişafına təsiri”, “Universitet memarlığı: Yeni modellər və imkanlar”, “Tələbə yönlü yanaşma: idarəetmə və mədəniyyət”, “Reytinq - akademik liderliyə gedən yol” mövzusunda panel sessiyalar baş tutub. Beynəlxalq təşkilatlar və agentliklərlə əməkdaşlığın genişləndirilməsi, keyfiyyət mədəniyyətinin yüksəldilməsi və akademik ictimaiyyətlə əmək bazarı arasında konstruktiv əlaqənin yaradılması istiqamətində müzakirələr aparılıb.

 

Forumun sonunda isə bəzi universitetlərə Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR - Independent Agency For Accreditation and Ratıng) akkreditasiyasın dair sertifikatlar təqdim olunub. Eqyd edək ki, Dünya Tibb Təhsili Federasiyası tərəfindən 2017-ci ildən etibarən rəsmi şəkildə tanınan IAAR təşkilatı indiyədək 12 ölkədən 125 ali təhsil müəssisəsini akkreditasiyadan keçirib ki, bu siyahıya Azərbaycandan yeganə olaraq ATU daxildir.

 

Qeyd edək ki, Almatıda keçirilən beynəlxalq tədbirə qatılan nümayəndə heyətində ATU-nun ümumi işlər üzrə prorektoru Nizami Adilov və rektorun müşaviri İlqar Mehrabov da təmsil olunublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb